Liv Bona Dea Hospital Evde Tibbi Baxım Xidməti

evde_tibbi-baxim

Əsas məqsədimiz müştərilərə ən yüksək keyfiyyətli xidmət göstərmək və hər bir xəstəyə özəl yanaşmaqdır. Bütün xidmətlərimiz özünüzü ən təhlükəsiz hiss etdiyiniz yerdə, evinizdə həyata keçirilir.
Hər bir şəxsin sağlam həyat yaşaması, ailəsinə və ətrafındakılara faydalı olması üçün sağlamlığını qorumağı çox əhəmiyyətlidir. Bunun üçün Liv Bona Dea Hospitalda Evdə Tibbi Baxım Xidməti olaraq ilkin və dövrü tibbi müayinələrin aparılmasını təklif edirik. Əgər mövcud şəraitiniz klinikada tibbi xidmət almağa uyğun deyilsə, Liv Bona Dea Hospital Evdə Tibbi Baxım Xidməti şöbəsindən yararlana bilərsiniz. Bununla da, sağlamlığınızı daha peşəkar komandaya etibar etmiş olarsınız. Müraciətlərə əsasən peşəkar həkimlərimiz və tibb bacılarımız xəstənin evində, iş yerində və yaxud olduğu məkanda müvafiq tibbi müayinə və müalicələri yüksək səviyyədə həyata keçirirlər.
Liv Bona Dea Hospitalda Evdə Tibbi Baxım Xidməti əsas sağlamlıq xidmətləri olan həkim müayinəsi və tibb bacısı xidmətləri, əməliyyat sonrası baxım, yaşlı xəstələrin baxımı, xroniki xəstəliklərin təqibi, doğuşdan sonrakı təqiblər, fizioterapiya, check-up, laborator müayinələr kimi bir çox xidmətlər təklif edir.
Evdə Tibbi Baxım Xidməti qabaqcıl səhiyyə sahələrindən biri olmaqla, kəskin, xroniki və daimi əlillikdən əziyyət çəkən insanların və onların yaxınlarının ehtiyaclarına uyğun olaraq planlaşdırılan xidmət növüdür.
Bir sözlə, həyatınızı asanlaşdırmaq üçün ehtiyac duyduğunuz sağlamlıq xidməti evinizdə təmin edilir.
Xəstəxanaya getmədən həll edilə bilən sağlamlıq problemləri üçün həkim müayinəsi, diaqnostik xidmətlər və müalicə tətbiqləri ilə evinizdə sağlamlığınıza qovuşa bilərsiniz. Xüsusən də xroniki xəstəliklərdə təkcə ixtisas üzrə deyil, onları bütövlükdə tanıyan, qiymətləndirən, ixtisaslar arasında koordinasiyanı təmin edən və xəstənin düzgün orientasiyasını təmin edən Liv Bona Dea Hospital  Evdə Tibbi Baxım Xidməti komandası ilə evdə rahat müalicə edə bilərsiniz. 


EVDƏ TİBBİ BAXIM XİDMƏTLƏRİ:

EVDƏ MÜTƏXƏSSİS HƏKİM XİDMƏTLƏRİ
ONLAYN VƏ VİDEOGÖRÜNTÜLÜ HƏKİM XİDMƏTLƏRİ
TİBB BACISI VƏ BAXICI XİDMƏTLƏRİ
FİZİOTERAPİYA VƏ REABİLİTASİYA XİDMƏTLƏRİ
PSİXİATRİYA VƏ PSİXOLOQ XİDMƏTLƏRİ 
DİETOLOQ VƏ QİDALANMA XİDMƏTLƏRİ
XƏSTƏ TRANSFER XİDMƏTLƏRİ 
GERİATRİK DƏSTƏK VƏ BAXIM XİDMƏTLƏRİ
LABORATORİYA VƏ DİAQNOSTİKA XİDMƏTLƏRİ
ANA VƏ KÖRPƏ BAXIMI XİDMƏTLƏRİ
XƏSTƏ VƏ XƏSTƏ YAXINLARINA TİBBİ TƏLİM XİDMƏTLƏRİ
RADİOLOGİYA XİDMƏTLƏRİ
TİBBİ AVADANLIQ KİRAYƏSİ VƏ SATIŞI XİDMƏTLƏRİ
TƏCİLİ YARDIM XİDMƏTLƏRİ


 

Mütəxəssinizdən soruşun / Video Görüşmələr və Sağlamlıq Xidmətləri Evinizdə